Məktəbli qızlar dava saldı - FOTO

Türkiyənin Bursa şəhərində parkda qızların davası baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, parkda dava salan qızlar məktəb şagirdləri olub. Qızlardan biri digərini peşəkar idmançılara məxsus təpiklə vurub. Təpikdən sonra iki qız da ona hücum çəkərək yumruqlayıblar.

Baş verənləri isə qızlardan biri mobil telefon vasitəsilə çəkib və sosial şəbəkələrdə yayıb. Videodan sonra polis baş verənləri araşdırmaq üçün hadisə iştirakçılarının axtarışlarına başlayıb. Axtarışlar nəticəsində 4 qız saxlanılıb. Saxlanılan şəxslər azyaşlı qızın köməksizliyindən istifadə edərək ona qarşı şiddət göstərmək və döyməkdə günahlandırılır.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada azərbaycanlı reperə 4 il həbs cəzası istənildi - FOTO

SONRAKI XƏBƏR

Türkiyənin keçmiş baş naziri vəfat etdi