"Qızımın yanında döydü, küçədə sürüdü, videoları da qardaşıma göndərdi" - Bakıda qadın şantaj olunub TƏFƏRRÜAT

"Qızımın yanında döydü, küçədə sürüdü, videoları da qardaşıma göndərdi" - Bakıda qadın şantaj olunub TƏFƏRRÜAT

Bakıda qadın bir müddət münasibətdə olduğu şəxs tərəfindən şantaj olunduğunu, döyüldüyünü, hədə-qorxuya məruz qaldığını deyir.

Musavat.com xəbər verir ki, Rəna Əliyeva (ad və soy ad şərtidir) hadisələrin 4 il əvvəldən cərəyan etdiyini və bu günə qədər də təzyiqlərə məruz qaldığını iddia edir.

R.Əliyeva başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

"Təxminən 4 il əvvəl təsadüf nəticəsində Səbuhi Məmmədov adlı şəxslə tanış oldum. Mənə qarşı kobud davranışlarından sonra ayrılmaq qərarına gəldim. Lakin o mənə hədə-qorxu gəlməyə başaldı və pul tələb etdi. Əlində olan foto və video görüntüləri sosial şəbəkələrdə yayacağını, ailə üzvlərimə göndərəcəyini dedi. Bu hədələrdən qorxduğum üçün ona müxtəlif vaxtlarda 200, 300, 580, 1000, 1200 manat məbləğlərdə pul vermişəm. Lakin buna baxmayaraq tələbləri bitmirdi. Qorxduğumu görüb daha yüksək məbləğlər tələb etməyə başladı" - deyə R.Əliyeva müraciətində qeyd edib.

50 yaşlı qadın onu intim fotolarla şantaj edəni bağışladı " Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Zərərçəkmişin sözlərinə görə Səbuhi Məmmədov ondan 5 min manat tələb edən zaman bu məbləği verməkdən imtina edib. Bu zaman S.Məmmədov videoları onun qardaşına göndərəcəyini deyib: "5 min manatı vermək üçün banka müraciət etdim. 4600 manat bankdan kredit götürüb ona verəndən sonra yenə də əl çəkmədi. Növbəti dəfə isə 3 min manat tələb elədi. Bu dəfə də bankdan 2800 manat kredit götürərək ona verdim. Bütün bunlardan sonra yenidən pul tələb etməyə başladı. Çıxış yolu kimi telefon zənglərinə cavab vermədim. Bundan sonra evimə gəldi və məni təhqir etməyə, döyməyə başladı. Mənə zor tətbiq edən zaman evimə şirniyyat gətirən qadın da orada idi. Qadın mənə kömək etmək istəyəndə Səbuhi Məmmədov onun qolunu sındırdı. Bu hadisədən heç kimin xəbəri olmasın deyə qadından xahiş etdim ki, Səbuhidən şikayət etməsin. Mən də həmin günə qədər olduğu kimi yenə də Səbuhidən şikayət etmədim".

Bakıda holdinq direktoru qadını döydü

R.Əliyeva bildirib ki, S.Məmmədovun ona qarşı tələbləri yenə də davam edib: "Bundan sorna da pul istədi. Lakin bankalara kredit borcumun olduğunu, daha pul götürə bilməyəcəyimi dedim. Mənə dedi ki, 2 gün vaxt verirəm. Çıxış yolu tapmadım və məcbur olub telefonumu söndürdüm. Bir neçə gün sonra yenə də evimə hücum çəkdi. 13 yaşlı qızımın yanında məni döydü, küçədə sürüməyə başladı. Onun əlindən qaçıb taksi ilə ata evimə gəldim. Məhəllədə telefonum cibimdən düşəndə Səbuhi götürmüşdü".

Bakıda ərəb turist otelə çağırdığı qadını döydü

Əsas problemlərin də bundan sonra başladığını deyən R.Əliyeva qeyd edir ki, Səbuhi Məmmədov onun telefonu ilə başqa-başqa şəxslərə məlumatlar göndərib: "Mənə gələn zənglərə cavab verərək insanları təqir edib, barəmdə rüsvayedici məlumatlar yayıb. Telefon nömrəmi bağlatdırdım. Mənim şəxsiyyət vəsiqəmin sürəti onda olduğu üçün yenidən nömrəni açdırıb. Videoları qardaşıma da göndərib. Daha sonra da anama zəng edərək guya ona lotoreya borcumun olduğunu deyib və pul tələb edib. Artıq bundan sonra mən də bütün baş verənləri danışmaq məcburiyyətində qaldım. Elə həddə çatmışdım ki, özümü öldürmək istəyirdim, amma bacım bunun çıxış yolu olmadığını dedi. Bundan sonra polisə müraciət etdim".

R.Əliyeva qeyd edir ki, şikayəti aidiyyatı üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə göndərilib.

Törtədiyi əmələ görə S.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmkdə təqsirli bilinib.

Azərbaycanda məşhur şəxsin oğlu həbs olundu

Amma R.Əliyeva bu qərardan narazıdır. R.Əliyev söyləyir ki, Səbuhi Məmmədov daha ağır cinayət törədərək ona qarşı hədə-qorxu gəlib.

"Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu və şantajla tələb etmə) maddəsi ilə ittiham irəli sürülüməli idi. Ortada bu qədər fakt və sübutlar var. Telefon danışıqlarımız, yazışmalar var. Məni şantaj edib və videoları yaxınlarıma göndərib. Buna qədər isə dəfələrlə məndən pul tələb edib. Lakin bütün bu faktlar araşdırılmadı" - deyə R.Əliyeva rəsmi qurumlara müraciətini davam etdirib.

 

 

Mənbə: sonxeber.az