Goranboyda vəzifəli şəxs koronavirusdan ölüb

Goranboyda icra nümayəndəsi koronavirusdan ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1961-ci il təvəllüdlü Mustafayev Kəmaləddin Mustafa oğlu bu gün günorta saatlarında vəfat edib.

O bir neçə gün əvvəl yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxubmuş.

Qeyd edək ki, K.Mustafayev 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Oğuzda tibb işçisi və arvadı koronavirusun qurbanı oldu

SONRAKI XƏBƏR

Range Rover modelli iki yeni versiyaya sahib olub - FOTO