İftara hazırlaşan qadını keçmiş əri bıçaqladı

İftara hazırlaşan qadını keçmiş əri bıçaqladı

Türkiyənin Kütahya şəhərində qadın keçmiş əri tərəfindən bıçaqlanıb. Azvision.az "Huriyyet"ə istinadən xəbər verir ki, hadisə Ali Paşa məhəlləsində baş verib. Belə ki, qadın işlətdiyi kafedə iftar süfrəsinə hazırlaşarkən ora keçmiş əri gəlib.

Mübahisə zəminində kişi kafenin mətbəxindən götürdüyü bıçaqla xanımı sinə nahiyəsinə zərbələr vurub. O, daha sonra hadisə yerindən qaçıb. Qadın yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Əraziyə cəlb olunan polis əməkdaşları cinayətkarı saxlayıblar. Faktla bağlı cinayət işi açılıb.


 

Mənbə: azvision.az