ABŞ-da barda atışma olub, 3 nəfər öldürülüb

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində barlardan birində atışma olub. Hadisə nəticəsində ən azı üç nəfər ölüb, iki nəfər isə yaralanıb. Azvision.az xəbər verir ki, bu barədə CNN yerli polis şerifinə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralılar ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Şübhəlinin yeri və hadisənin motivləri hələ müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları cinayəti araşdırır.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan da silkələndi

SONRAKI XƏBƏR

ÜST: Dünyada koronavirusla bağlı vəziyyət həyəcan doğurur