Ağdamda minaya düşən Xocalı sakini hadisənin necə baş verdiyini anladıb

“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim."

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 18 aprel - Sputnik. Ötən gün axşam saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə bədbəxt hadisə baş verib. Xocalı rayonundan məcburi köçkün olan Arif Quliyev qoyun otararkən minaya düşüb.

Onun sözlərinə görə, hadisə baş verən vaxt o ərazidə tək olub.

“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim.”, - deyə o, başına gələni Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladıb.

Zərərçəkənin sözlərinə görə mina partlayışı zamanı heyvanlar xeyli uzaqda olduğundan tələfat olmayıb.

Çingiz Həsənov

Xəsarət alan şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasının travmotoloqu Çingiz Həsənov bildirib ki, yaralı gətrilərkən vəziyyəti ağır olub. Mina partlaması nəticəsində Arif Quliyev sol ayağın orta aşağı üçdə biri nahiyəsindən travmatik apmutasiya olunub.

"Xəstənin vəziyyəti ağır olduğu üçün Reanimasiyon tədbirlər aparıldı. Xəstənin sol baldırının yuxarı üçdə biri protokola uyğun olaraq travmatik amputasiya edildi. Hazırda xəstənin vəziyyəti kafidir.”, - deyə həkim bildirib.

Hazırda zərərçəkənin xəstəxanada müalicələri davam etdirilir.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Papa Fransisk Ukraynada gərginliyin artmasından danışıb

SONRAKI XƏBƏR

“Putin Sibirə bağlanıb, onu həqiqətən sevir” - Peskov