Çeçenlərlə kürdlər arasında atışma olub

Çeçenlərlə kürdlər arasında atışma olub

Belçikanın Lyej şəhərində çeçen və kürd miqrantlar arasında atışma olub. Azvision.az xəbər verir ki, bu barədə "Al Araby" polisə istinadla məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir Çeçenistan vətəndaşı öldürülüb. Atışmadan əvvəl yerli xidmət stansiyasının yaxınlığında çeçenlərlə kürdlər arasında münaqişə baş verib.

Polis 3 kürd və 28 çeçen miqrantı saxlayıb. Şübhəlilərdən bir ədəd K"alaşnikov" avtomatı götürülüb. Münaqişənin böyüməməsi üçün Kürdlərin çoxluqda yaşadığı Vеrviе şəhərinə əlavə polis qüvvələri göndərilib.

 

Mənbə: azvision.az