Daha bir erməni əsgərin meyiti tapılıb

Daha bir erməni əsgərin meyiti tapılıb

Bu gün Füzuli rayonunda həyata keçirilmiş axtarış işləri nəticəsində daha bir erməni əsgərin meyiti tapılıb. Ordu.az xəbər verir ki, erməni hərbi qulluqçunun (könüllü və ya ehtiyatda olan) meyiti evakusiya edilib və Xankəndi məhkəmə-tibbi ekpertiza mühafizə bürosuna köçürülüb.

Meyit, ekspertizadan sonra kimliyin müəyyənləşdirilməsi məqsədilə Ermənistana köçürüləcək.

Beləliklə, hərbi əməliyyatların dayanmasından sonra azad edilmiş ərazilərdən ümumi olaraq 1543 erməninin meyiti tapılıb və ya qarşı tərəfə təhvil verilib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az