ABŞ-da növbəti atışma, ölənlər var

ABŞ-da növbəti atışma, ölənlər var

ABŞ-ın Viskonsin ştatında yerləşən barların birində baş verən atışmada üç nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Bu barədə “Report” “CNN” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Kenoşa şəhərindəki “The Somers House” barından qovulan şəxs geri qayıdaraq oradakı insanlara atəş açıb.

Onun hansı səbəbdən bardan çıxarıldığı və ortaqlarının olub-olmadığı hələ məlum deyil.

Hazırda hüquq mühafizə orqanlarının yüzə yaxın əməkdaşı cinayətkarı axtarırlar.

Mənbə: report.az