İraqda hərbi baza raket hücumuna məruz qalıb

İraq Hərbi Hava Qüvvələrinin Bağdad yaxınlığında yerləşən bazası raket hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Shafaq news" portalı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, bazaya azı 4 raket atılıb, insident nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar İraq hərbçiləridir, onlardan biri xəstəxanaya yerləşdirilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Atletiko" darmadağınla qalib gəldi

SONRAKI XƏBƏR

Azərbaycan AÇ-ni 2 medalla başa vurdu