Heydər Əliyev prospektindəki ağır qəzada xəsarət alanların kimlikləri bəlli oldu - YENİLƏNİB+FOTO

Heydər Əliyev prospektindəki ağır qəzada xəsarət alanların kimlikləri bəlli oldu - YENİLƏNİB+FOTO

Heydər Əliyev prospektində baş verən ağır yol qəzasında xəsarət alan üç nəfərin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, üç avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıb.

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

23:50

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektin “Bağırov körpüsü” adlanan ərazisində iki “Toyota” və bir “Opel” markalı avtomobil toqquşub.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb edilib.

Xəsarət alan üç nəfər xəstəxanaya aparılıblar.

Qəzanın baş vermə səbəbi araşdırılır.

 

Bizimlə əlaqə saxlayın

Mənbə: oxu.az