Texasda baş verən atışmada üç nəfər ölüb

Texas ştatının Ostin şəhərində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində üç nəfər ölüb. Cinayətkarı zərərsizləşdirmək hələ mümkün olmayıb.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Ostin şəhəri üzrə tibbi idarəsi hadisə yerində üç meyitin aşkarlanması ilə bağlı məlumat alıb.

Artıq cinayətin baş verdiyi əraziyə polislər gəlib. Yerli sakinlərə evlərini tərk etməmək tapşırılıb.

Atışmanın hansı səbəbədən baş verdiyi məlum deyil.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Pişiyin üç ayağı buna görə kəsildi - Xaçmazda ŞOK OLAY

SONRAKI XƏBƏR

Almaniyada koronavirus pandemiyasının qurbanlarının xatirəsi anılıb