Ermənistanda hərbi hissəyə məxsus yeraltı kabelləri oğurlayan şəxslər həbs edilib

Ermənistanda hərbi hissəyə məxsus yeraltı kabelləri oğurlayan şəxslər həbs edilib

 

Aprelin 16-da, saat 15:50-də Ermənistan polisinin Stepanavan şöbəsinin əməkdaşları Puşkino kəndi yaxınlığında yerləşən sahədə kabel oğurlayarkən Qarqar kəndinin sakini olan üç kişini tutublar və həbs ediblər. Ordu.az xəbər verir ki, onlar aprelin 15-də eyni şəkildə eyni yerdə Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən biirnə məxsus olan təxminən 12 metr mis kabeli balta ilə kəsiblər və oğurlayıblar.

Bildirilir ki, ziyanın miqdarı dəqiqləşdirilir. İstintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az