Bakıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsinin tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

TƏBİB Tural Abbaslıya cavab verdi: 14 gün evdə qalmalıdır

SONRAKI XƏBƏR

FİFA “Avropadan qopanların liqası”na dəstək verməyəcəyi ilə bağlı bəyanat yayıb