“Albert Rıjının” ölümündən sonra KRİMİNAL ALƏMDƏ NƏLƏR GÖZLƏNİLİR

“Albert Rıjının” ölümündən sonra KRİMİNAL ALƏMDƏ NƏLƏR GÖZLƏNİLİR

Ded Xasan (Aslan Usoyan) ailəsinin üzvü olan qanuni oğru “Albert Rıjı” ləqəbi ilə tanınan kriminal avtoritet Əli Heydərovun öldürülməsindən sonra qanuni oğrular arasındakı qarşıdurma bitə bilər.

ONN media xəbər verir ki, bu fikri ilə konfliktoloq, “Rus qanqsterinin etirafları” kitabının müəllifi Mixail Orskiy paylaşımında bildirib.

“430 qanuni oğrudan təxminən 90-100 nəfəri həbsdədir, qalanları isə Cinayət Məcəlləsinə 210-cu maddəsi (Cinayət Birliyi Təşkilatı yaratma və ya ona qoşulma) daxil edildikdən sonra tələsik Rusiyanı tərk etdi.

Düşümürəm ki, əksinə, Rusiya və xüsusilə Moskva ərazisində bu, yaxın 10-20 ildə sonuncu belə bir cinayət olacaq. Hər hansı bir hesablaşma olarsa, bu, ölkə xaricində olacaq ”.

Qeyd edək ki, “Albert Rıjı” ləqəbi ilə tanınan Əli Heydərov 12 aprel tarixində fitnes klubunda qətlə yetirilib.

İstintaq cinayətin iki əsas versiyasını nəzərdən keçirir.

Mənbə: onn.az