FTX xüsusi əməliyyat keçirib, 27 gizli silah emalatxanası aşkarlanıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ölkənin 21 regionunda gizli silah emalatxanalarına qarşı keçirdiyi reyd nəticəsində xeyli sayda silah-sursat aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

Əməliyyat Moskva şəhərində və eyni adlı vilayətdə, İnquşetiya və Karaçay-Çərkəz muxtar respublikalarında, Voloqda, Pskov vilayətlərində, Primorsk və Xabarovsk diyarlarında keçirilib. Axtarış nəticəsində 52 artilleriya sursatı, 57 əlqumbarası, 2 minatan mərmisi, 8 minə yaxın güllə, 7,5 kq barıt və trotil, 222 ədəd qundaq (tapança qundağından polemyotadək), artilleriya mərmisi və qumbara aşkarlanıb.

Əməliyyatda Rusiya Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın əməkdaşları da iştirak edib.

Silahların döyüş xüsusiyyətlərinin bərpası və satışı ilə məşğul olan 55 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 27 gizli emalatxananın fəaliyyəti dayandırılıb.

FTX ölkədə qanunsuz silah dövriyyəsinə qarşı bundan əvvəlki əməliyyatı bu ilin martında keçirib. Həmin əməliyyat nəticəsində 28 regiondan 250 qundaq götürülmüşdü.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda əməliyyat: Həbs olunanlar var

SONRAKI XƏBƏR

Lapşin Qafandan yazır: “Azərbaycanlılar alış-veriş etmək üçün mütəmadi şəkildə şəhərə səfər edirlər”