Sumqayıtda əməliyyat: Həbs olunanlar var

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Abasəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 32 qramdan artıq tiryək, 326 qrama yaxın marixuana, 510 qrama yaxın metamfetamin və 8 qrama yaxın 197 ədəd metadon həbi götürülüb.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş D.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu götürülüb.

Sumqayıtda daha bir əməliyyat zamanı oğurluq faktının üstü açılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də şəhər ərazisindəki evlərin birindən 1290 manat dəyərində 1 ədəd su mühərriki, 1 ədəd otbiçən aparat, 1 ədəd dəmir qapı, 1 ədəd samovar, hamam aksesuarları, 1 ədəd dəmir stol, 1 ədəd qaynaq aparatı və 8 ədəd dəmir dirək oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş S.Rzayev saxlanılıb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Bakı Nəqliyyat Agentliyinin işçiləri vaksinasiyaya qoşulub

SONRAKI XƏBƏR

FTX xüsusi əməliyyat keçirib, 27 gizli silah emalatxanası aşkarlanıb