Hadrutda məhv edilən erməni hərbi qulluqçunun medalını evlərinə taksi sürücüsü gətirib

Hadrutda məhv edilən erməni hərbi qulluqçunun medalını evlərinə taksi sürücüsü gətirib

Hadrut uğrunda gedən döyüşlər zamanı Azərbaycan ordusu tərəfindən məhv edilən erməni hərbi qulluqçu Robert Karapetyan Ermənistan hökuməti tərəfindən "Cəsarət" medalı ilə təltif edilib, lakin medalı evə taksi sürücüsü gətirib. Ordu.az xəbər verir ki, bu barədə "Facebook" səhifəsində Karapetyanın dayısı Hasmik Martirosyan yazıb.

"Bacım oğlu Robertdir. Ölümündən sonra "Cəsarət" medalı ilə təltif edilib, bunu atasına taksi sürücüsü təhvil verib. Şəhərdə bir yerdə çantada verməyi razılaşdırıblar və gedib. Təkrar edim, Hadrutda ölmüş 18 yaşlı oğlanın "Cəsarət" medalını taksi sürücüsü təhvil verib. Taksi sürücüsü. Nə üçün? Nə olaraq? Çünki bunu udmağa çalışıram, ancaq boğazında dayanıb və yavaşca boğur, çox yavaşca. Minnətdarıq, amma bu mükafatı özünüzə saxlayın", - deyə o qeyd edib.

Ermənistanın Qarabağda yerləşdirdiyi qanunsuz "hərbi birləşmə" bildirib ki, qeyd olunan xəbər reallıqla hər hansı əlaqəyə malik deyil.

"Əvvəlcə leytenant Apresyan ölmüş hərbi qulluqçunun yaxınlarına onların mərtəbələrinin altında təhvil verib, lakin valideynlər tərəfindən imtina aldıqdan sonra onu ölmüş hərbi qulluqçunun məzarının yanında sonuncunun atasına təhvil verib", - deyə məlumatda qeyd olunub.

Erməni ictimai xadim Vahram Petrosyan isə "Facebook" səhifəsində yazıb ki, Nikolun Ermənistanı budur: "18 yaşlı ölmüş uşağın medalını taksi sürücüsünün salafanda aparıb atasının əlinə verdiyi ölkə".

Alpər Mövludoğlu

Mənbə: ordu.az