Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb

Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb

Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli köməkçi tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, içərisində həcmi 25 litr olan məişət qaz balonundan sızan qaz və məişət əşyaları 3 kv.m sahədə yanıb.

Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 15 kv.m sahədə əriyib. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az