Sürücüzüs Tesla qəza törədib - 2 nəfər ölüb

Sürücüzüs Tesla qəza törədib - 2 nəfər ölüb

ABŞ mətbuatı aprelin 18-də Texasda polisin sükan arxasında heç kimin olmadığını dediyi Tesla avtomobilinin törətdiyi qəzada iki nəfərin öldüyünü bildirib.

Wall Street Journal-ın Harris mahalının polis rəisi Mark Hermana istinadən bildirdiyinə görə, şənbə günü axşam Hyuston şəhərinin şimalında yüksək sürətlə hərəkət edən avtomobil bir ağaca dəyərək, alovlanıb.

"İlkin araşdırmamız zamanı bu avtomobilin sükanı arxasında heç kimin olmadığını müəyyən etdik. Bu, hələ tam aydın deyil. Lakin biz buna demək olar ki, 99,9 faiz əminik" - deyə, Mark Herman bildirib.

Hadisə yerinə gələn polis ölənlərdən birinin öndəki sərnişin oturacağında, digərinin isə arxa oturacaqda olduğunu görüb.

Herman polisin sürücü tərəfindəki hava yastığının açılıb-açılmadığını və qəza zamanı avtomobilin sürücüyə yardım sisteminin işə düşüb-düşmədiyini müəyyən etmədiyini deyib.

AFP yerli polisdən şərh ala bilməyib.

Teslanın veb səhifəsində sürücü yardım sistemindən sürücüsüz istifadə edilməməsinə dair xəbərdarlıq yer alır.

Lakin videolarda mütəmadi olaraq sürücülərin yuxuda və ya əlləri sükan üzərində olmayan Tesla-ların hərəkəti nümayiş etdirilr.

Mənbə: www.amerikaninsesi.org