Tehranda mebel sexində yanğın olub, 6 nəfər ölüb, 3 nəfər yaralanıb

Tehranda mebel sexində yanğın olub, 6 nəfər ölüb, 3 nəfər yaralanıb

İranın paytaxtı Tehranda baş vermiş yanğında 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın mebel istehsalı sexində bu gün səhər baş verib.

Hadisə nəticəsində 6 nəfər boğularq ölüb.

Yaralananlar xəstəxanaya çatdırıılıb. Onların vəziyyəti ağırdır.

Mənbə: apa.az