4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib - VİDEO

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti reyd keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reydləri davam etdirirlər.

REAL FHN-ə istinadla xəbər verir ki, belə ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan və Xəzər rayonunun Türkan qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 15 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqələri, təchizat və xilasetmə vasitələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

SONRAKI XƏBƏR

Səudiyyə Ərəbistanının səhrası qar örtüyünə bürünüb