Evlərə qənim kəsilən dəstə ələ keçdi

Bərdə rayonunun bir qrup sakini mart və aprel aylarında Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib.

Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

BAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Hacıqabulda yaradılan aqroparklar islahatların tərkib hissəsidir

SONRAKI XƏBƏR

Selfi çəkdirərkən kanala düşdü, meyiti indi tapıldı