Misirdə baş verən qatar qəzasında ölənlərin sayı artdı


Misirin Kalyubiye vilayətində 18 aprel tarixində baş verən qatar qəzasında ölənlərin sayının 23-ə, yaralananların sayı isə 139-a yüksəlib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir baş prokurorluğu məlumat verib. Baş prokuror Hamadə əs-Savi bildirib ki, qəzadan sonra başladılan istintaq nəticəsində 23 nəfər şübhəli qismində saxlanılıb. Hadisənin səhlənkarlıq səbəbindən baş verdiyi bildirilib.
Qeyd edək ki, 18 apreldə baş verən qatar qəzasında ilkin məlumatlarda 11 nəfərin öldüyü, 97 nəfərin yaralandığı açıqlanmışdı.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

ÜST-ün yeni rəhbərliyə ehtiyacı var – ABŞ-dan pandemiyaya reaksiya

SONRAKI XƏBƏR

Bakıda evdən 45 min manat oğurlayan xadimə tutulub