Avtomobilini piyada körpüsündən keçirməyə çalışdı, ilişib qaldı - FOTO/VİDEO

İnsanı heyrətə salan hadisə Türkiyənin Adana şəhərində yaşanıb. Belə ki, sürücü avtomobilini piyada körpüsündən keçirməyə çalışıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, işlər planlaşdırıldığı kimi getməyib – avtomobil körpünün məhəccərləri arasında sıxışıb. Bundan sonra avtomobildə olan iki sərnişin ətrafdakılardan yardım istəyib. Hadisə yerinə hüquq mühafizəçiləri cəlb olunub. Onlar maşının kimin sürdüyü ilə maraqlanıblar. Lakin maşında olanların hər ikisi sərnişin olduqlarını deyiblər. Onlar ifadə vermək üçün polis idarəsinə aparılıb.

Avtomobil evakuatorun köməyi ilə sıxışdığı yerdən çıxarılıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın səfərinin səbəbi: Sünikdə 2 versiya dolaşır

SONRAKI XƏBƏR

Avropa Parlamentinin Prezidenti Navalnının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib