“Pemex” fövqəladə vəziyyət səbəbindən NEZ-in işini dayandırıb

“Pemex” fövqəladə vəziyyət səbəbindən NEZ-in işini dayandırıb

Meksikanın Verakrus ştatındakı “Morelos” neft-kimya kompleksi elektrik enerjisinin kəsilməsi səbəbindən işini yarımçıq saxlayıb.

“Report” “angi”yə istinadən xəbər verir ki, turbogenerasiya zonasında baş verən qəza nəticəsində dörd nəfər su buxarından yanıq xəsarətləri alıb.

“Pemex” bildirir ki, təhlükəsizlik tədbiri olaraq karbohidrogenlərin bir hissəsi nəzarət altında yanmağa göndərilib”, - şirkət sosial şəbəkələrdə bildirib.

Qəza nəticəsində yanıq xəsarətləri alanların həyatı üçün təhlükədə yoxdur, onlar regional xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, qazın yığılması səbəbindən Meksikanın şimal-şərqində yerləşən bir neft emalı zavodunun ərazisində iki partlayış guruldadı. Beş nəfər yüngül xəsarət alaraq Pemex xəstəxanasına aparılıb.

Mənbə: report.az