Gədəbəydə əmisini xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində əmisini öldürməkdə, əmisi arvadını öldürməyə cəhddə təqsirləndirilən Arzu İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, A.İsgəndərova 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsurli bilinib.

Qeyd edək ki, hadisə ötən ilin uyul ayında Gədəbəy rayonunun Qurudərə kəndində baş verib. Kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, onun arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon porkurorluğuna məlumat daxil olub.

İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsi müəyyən edilib.

İttihama görə, A.İsgəndərov münaqişə zəminində əmisini öldürüb, onun arvadına öldürmək məqsədilə xəsarətlər yetirib və evlərinə benzin tökərək od vurub yandırıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Erməni siyasi xadim: “Faktiki olaraq təkcə Qarabağı itirməmişik, həm də vətənin Sünik dünyası görməzdən gəlinib”

SONRAKI XƏBƏR

Erməni siyasi xadim: "Qasparyan və hakimiyyət arasında qarşılıqlı atışma həqiqəti gizlədir"