Xaçmaz sakini münaqişə zəminində bıçaqlanıb

Xaçmazda 34 yaşlı şəxs bıçaqlanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Qalağan kənd sakini, 1987-ci il təvəllüdlü Müşfiq Rəsulov münaqişə zəminində müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Babiş rus diplomatlarının ölkədən çıxarılması qərarına görə Slovakiyaya təşəkkür edib

SONRAKI XƏBƏR

"Real Madrid" Çempionlar Liqası mövsümünü buraxa bilər