Ögey qızlarını və onların rəfiqələrini zorlayan kişiyə 24 illik həbs cəzası verildi

Zorakılığın üstü zərərçəkmişlərdən birinin 2018-ci ildə pedofillə sosial şəbəkələrdə yazışmasından sonra açılıb.

 Rusiyanın Kemerovo şəhər məhkəməsi 36 yaşlı şəhər sakinini uşaqlara qarşı seksual zorakılığa görə 24 illik həbs cəzasına məhkum edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 14 yaşına çatmamış şəxslər barəsində seksual zorakılıq, zorlama, habelə iki və daha artıq şəxsə qarşı bu cür əməlləri törətməkdə təqsirli bilinən kişinin 2016-cı ildən 2018-ci ilin avqustuna qədər dəfələrlə ögey qızları və onların rəfiqələrini zorladığı aşkar olunub.

Qızlar valideynlərinin qəzəbindən ehtiyat edərək hadisə barədə heç kimə məlumat verməyiblər. Zorakılığın üstü zərərçəkmişlərdən birinin 2018-ci ildə pedofillə sosial şəbəkələrdə yazışmasından sonra açılıb. Belə ki, həmin zərərçəkmiş qız pedofillə öz tanışlarının planşetindən yazışıb və sonradan planşet sahibləri həmin yazışmanı görərək onun valideynlərinə xəbər veriblər.

Təqsirli bilinən kişi saxlanılıb və ögey qızına qarşı ilk seksual cinayəti onun hələ 2011-ci ildə törətdiyi aşkar olunub. Ümumilikdə yeddi nəfər 16 yaşa çatmamış qız onun əməllərinin qurbanı olub.

Keçirilmiş psixoloji-psixiatrik ekspertiza nəticəsində təqsirləndirilən şəxsdə pedofiliyaya meyilliliklə bağlı pozuntular aşkar edilib. Cinayətkar istintaqla əməkdaşlıq edib və günahını etiraf edib.

 

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

SONRAKI XƏBƏR

Dünya koronavirusa qarşı mübarizə apararkən, daha bir qorxunc xəstəlik ortaya çıxdı