Rumıniyada xəstəxanada yanğın: 36 nəfər təxliyə olundu

Rumıniyada xəstəxanada yanğın: 36 nəfər təxliyə olundu

Rumıniyanın Slatina rayon xəstəxanasının psixiatriya bölməsində güclü yanğın baş verib.

Axar.az bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Yanğın xəstəxananın birinci və ikinci mərtəbələrində yerləşən otaqlarında baş verib. 36 nəfər təxliyə edilib, 6 nəfər xəsarət alıb.

Qeyd olunur ki, yanğın xəstələrin birinin otağından başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: axar.az