Mexikoda metro körpüsü çöküb, 15 nəfər ölüb

Mexikoda metro körpüsü çöküb, 15 nəfər ölüb

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb. Azvision.az bu barədə “RİA Novosti”yə istinad'n xəbər verir.

Bundan əvvəl 13 nəfərin öldüyü, 70 nəfərin yaralandığı barədə məlumat verilib. Paytaxt meri Klaudiya Şeynbaum öz növbəsində metro körpüsünün qatarla birlikdə çökdüyünü söyləyib.

Hadisə Mexiko şəhərinin cənub-şərqində, “Olivos” və “Tesonko” stansiyaları arasındakı ərazidə baş verib.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az