FETÖ-nün Afrika qolunun rəhbəri saxlanıldı

FETÖ-nün Afrika qolunun rəhbəri saxlanıldı

Fətullahçı Terror Təşkilatının (FETÖ) Afrika qolunun qurucusu İbrahim Tatar İstanbulda keçirilən polis əməliyyatı nəticəsində saxlanılıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətlə Mübarizə Şöbəsinin qrupları FETÖ-nü deşifrə etmək üçün koordinasiyalı səylər çərçivəsində təşkilatın Ümraniyedəki evində əməliyyat keçirib.

Əməliyyat nəticəsində FETÖ-nün Afrika qolunun qurucusu, təşkilatın vacib fiqurlarından olan İbrahim Tatar nəzarətə alınıb.

Ünvanda aparılan axtarışlarda çox sayda rəqəmsal material, təşkilati sənəd və bir qədər pul aşkarlanaraq götürülüb.

Mənbə: qafqazinfo.az