Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - RƏSMİ+YENİLƏNİB

Müğənni Aslan Hüseynov vəfat edib.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir.

Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

***

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: “Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.

***

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib: “Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov vəfat edib”

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

İcbari tibbi sığorta üzrə bir sıra göndərişlərin tətbiqi müddəti dəyişir

SONRAKI XƏBƏR

Lavrovu İrəvanla Bakıya gətirən 3 SƏBƏB: Ərdoğanın Şuşa səfəri və... - DETALLAR