Bakıda 7 evdən oğurluq edən şəxs tutuldu

Bakıda 7 evdən oğurluq edən şəxs tutuldu

Xəzər rayonunda silsilə oğurluqlar edən şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş T.Muxtarovun barəsində Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evdən pul, təmir-tikinti alətləri, televizor, inşaat materialları, naqil, kondisioner və metal qəbulu məntəqəsindən 1200 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


 

Mənbə: azvision.az