Bakılı erməni koronavirusdan öldü - Rusiyanın Xalq artisti idi

Bakılı erməni koronavirusdan öldü - Rusiyanın Xalq artisti idi

Rusiyanın Xalq artisti, vəhşi heyvanların təlimçisi Mixail Baqdasarov 76 yaşında ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Rusiya Dövlət Sirkinin mətbuat xidmətinə istinadən yayıb.

"Mixail Aşotoviç Baqdasarov getdi" deyən agentliyin həmsöhbəti ölümün səbəbinin koronavirus olduğunu bildirib.

Mixail Baqdasarov 1945-ci ildə Bakıda anadan olub, 1973-cü ildən bəri öz proqramı ilə sirkdə çıxış etməyə başlayıb.

Bağdasarovun övladları Artur və Karina da məşhur pələng təlimçiləridir.

Bizim.Media

Mənbə: bizim.media