İranda silahlı dəstə zərərsizləşdirildi

İranda silahlı dəstə zərərsizləşdirildi

Eastnews.org-un verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusu Qüds Qərargahından verilən açıqlamada ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan vilayətində silahlı bir dəstənin zərərsizləşdirildiyi bildirilib.

Bu əməliyyatda silahlı dəstənin üzvlərindən birinin zərərsizləşdirildiyi və iki nəfərin yaxalandığı açıqlanıb.

Açıqlamada əməliyyat zamanı bəzi silah-sursat və partlayıcı maddələrin aşkarlandığı qeyd olunub.

 

Mənbə: eastnews.org