"McDonald`s"dan alınan burger İYRƏNDİRDİ - VİDEO

"McDonald`s"dan alınan burger İYRƏNDİRDİ - VİDEO

Avstraliyalı Endrü Lubke "McDonald`s"dan aldığı burgeri gördükdən sonra bir daha oradan sifariş verməmək qərarına gəlib.

BiG.AZ xəbər verir ki, bu barədə o, qızına həsr olunan və "fionasdaddy" ləqəbi ilə istifadə etdiyi "TikTok" səhifəsində bildirib.

Burada paylaşılan videoda onun sifariş etdiyi burgerin üstündə ilbizlərin gəzdiyi görünür. Amma, deyəsən. Endrü "sürpriz"dən bir az gec xəbər tutub: yumurta və burgerin yarısı yeyilib.

"Bax, "Mak", burada biz səninlə xudafizləşirik", - deyə Lubke paylaşımını şərh edib.

Endrü şirkətdən şikayət etsə də, restoranın əməkdaşları müştərilərə hörmət etdiklərini vurğulayaraq müşahidə kameralarında heç bir pozuntu qeydə alınmadığını bildiriblər.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az