Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb

Bakı. Trend:

Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı şəhərin mülki müdafiə idarəsinin rəhbəri Miriam Ursua deyib.

M.Ursua bildirib: "Ümumilikdə 24 nəfər ölüb. Onlardan 21-i hadisə yerində, 3-ü isə xəstəxanada".

Onun sözlərinə görə, hazırda 27 nəfərin müəlicəsi davam etdirilir.

Mexikonun meri mətbuat konfransında şəhərdə matəm elan olunduğunu açıqlayıb.

Mənbə: az.trend.az