Bakıda sərxoş sürücü qəza törətdi

Bakıda sərxoş sürücü qəza törətdi

Bakıda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin girişində qeydə alınıb

Belə ki, 1976-cı il təvəllüdlü Əbilov Hamlet Rafiq oğlu öz avtomobili ilə idarəetməni itirərək qəza törədib. Bildirilir ki, sürücü sərxoş olub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması diaqnozu qoyulub.

Mənbə: report.az