Kolumbiyada etirazlar: 87 nəfər itkin düşdü

Kolumbiyada etirazlar: 87 nəfər itkin düşdü

Kolumbiyada 28 apreldən bu günə qədər davam edən ümummilli etirazlar zamanı 87 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə yerli “Efe Eme” teleradiosu məlumat yayıb.

Ən çox itkin düşmə faktı Kali şəhərində qeydə alınıb. Belə ki, bu şəhərdə etirazlarda iştirak edən 35 nəfərin sonrakı taleyindən xəbər yoxdur.

Qeyd edək ki, bundan öncə yayılan məlumatlarda aksiyalarda 840 nəfər xəsarət aldığı deyilmişdi.

Mənbə: axar.az