Əfqanıstanda həkimləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var

Əfqanıstanda həkimləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var

Əfqanıstanın Kabil əyalətində həkimləri daşıyan avtobusda partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Yerli hakimiyyət nümayəndəsinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Şahidlər isə telekanala bildirib ki, hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

 

Mənbə: apa.az