Kaliforniyada asiyalı qadınlar bıçaqlandı

Kaliforniyada asiyalı qadınlar bıçaqlandı

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində bir kişi iki Asiya mənşəli qadını bıçaqlayıb. Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, kişi dayanacaqda avtobus gözləyən qadınlara yaxınlaşıb və onları bıçaqla vurub. Bundan sonra hadisə yerindən uzaqlaşıb.

Qadınlar xəstəxanaya aparılıb. Polis şübhəlini saxlayıb.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az