Meksikada üç günlük matəm elan edildi

 

Meksika Prezidenti Andres Manuel Lopez Obrador metro fəlakəti ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə fərman Federasiyanın rəsmi gündəliyində dərc olunub.

Bildirilir ki, prezidentin fərmanı dərc edildiyi gündən qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endirilməlidir.

Xatırladaq ki, Meksikanın paytaxtı Mexikoda üzərində qatar olan metro körpüsü çöküb. Faciə nəticəsində 24 nəfər həlak olub, 79 nəfər yaralanıb.

Hadisənin səbəbləri ilə bağlı istintaq başlanıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus peyvəndinin 3-cü dozası da vurulacaq? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb