“"BMW”ni ölkəmizə idxal edən şirkət məsələdən yayınır”

“Azərbaycanda avtomobillərə buraxılış ilinə dair qadağalar qoyulur”

“Məsələn, bu qadağa istehsal tarixi 2003-cü ilə qədər olan maşınlara tətbiq olundu”

“Gömrük orqanları tərəfində avtomobil alqı-satqısına nəzarət zamanı da məhz buraxılış ilinə dair qadağalara diqqət yetirilir”

Müğənni Aslan Hüseynovun qəzadan sonra avtomobilinin görüntüləri müzakirələrə səbəb olub. Onun idarə etdiyi "BMW' markalı avtomobilin təhlükəsizlik yastıqları açılmayıb.

Nəzərə alsaq ki, "BMW' dünyada ən təhlükəsiz avtomobillərindən biri hesab olunur. Qəza zamanı sözügedən avtomobillərdə təhülkəsizlik yastıqlarının açılmaması mümkün deyil.

"BMW'-nin Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan “İmprotex Motors” şirkətinin direktor müavini Ziya Mahmudov baş verən hadisə ilə bağlı açıqlama verib:

“Burada əsas məqam avtomobilin hadisədən öncə hansı vəziyyətdə olmasıdır. Görünür ki, yeni avtomobil deyil. Yeni istehsal olunan avtomobillərdə belə hadisələrin olması ehtimalı azdır. Təəssüf ki, Azərbaycana ABŞ və digər ölkələrdən yüzlərlə qəzaya düşmüş avtomobillər gətirilir. Bu avtomobillərin sözügedən ölkələrdə istifadəsi qadağandır. Lakin Azərbaycana gətirilir, dövlət nömrə nişanı verilir və istifadə olunur. Nəticədə belə xoşagəlməz hadisələr yaşanır”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a bildiri ki, avtomobillərin konkret olaraq marka modellərinə görə, ölkəmizə idxalına qadağaların qoyulması üçün göstəriş yoxdur:

“Sadəcə olaraq Azərbaycanda avtomobillərə buraxılış ilinə dair qadağalar qoyulur. Məsələn, bu qadağa istehsal tarixi 2003-cü ilə qədər olan maşınlara tətbiq olundu. Gömrük orqanları tərəfində avtomobil alqı-satqısına nəzarət zamanı da məhz buraxılış ilinə dair qadağalara diqqət yetirilir. Amma Amerikadan və digər ölkələrdən maşınların gətirilməsinə aid hansısa məhdudiyyətin qoyulması düzgün deyil. Çünki Amerikadan ölkəmizə avtomobil gətirilirsə, təbii ki, bu, qanunla tənizmlənir. Amerikadakı maşınlar ərzaq məhsulu deyil ki, kütləvi şəkildə paketlərə yığılıb gətirilsin. Hər bir maşın ABŞ-dan xüsusi texniki göstəricilərə müvafiq olaraq idxal olunur. Bu barədə alıcılara da məlumat verilir”.

Ekspert qeyd edib ki, "BMW”nin Azərbaycandakı nümayəndəliyi üzərinə düşən məsuliyyətdən yayınmaq məqsədilə belə açıqlama verir:

“ABŞ-da həmin nəqliyyatın texniki baxışdan keçirilməsi zamanı hansısa detallarda nasazlıq olduğuna dair qeydlərin aparılmaması mümkün deyil. Bütün nəqliyyat vasitələri texniki baxışdan tam ciddi şəkildə keçir və yastığın özündə belə nasazlıq aşkarlandıqda qeyd olunur. Həmçinin sürücülərin də öz marağında olmalıdır ki, maşınında qoruyucu yastıqlar işləyir ya yox. Burada hansısa dövlətin edə biləcəyi nəsə yoxdur. Sadəcə olaraq "BMW”ni ölkəmizə idxal edən şirkət məsələdən yayınmaq üçün belə versiyanı irəli sürüb”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

“Moderna”nın 3-cü dozasının bəzi mutasiyalara qarşı effektli olduğu bildirilib

SONRAKI XƏBƏR

Planşetlərin populyarlaşmasının səbəbi məlum olub