Maldivdə partlayış: keçmiş prezident yaralandı

Maldiv parlamentinin spikeri, ölkənin keçmiş prezidenti Məhəmməd Naşid paytaxt Maledə baş verən partlayış nəticəsində yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Hazırda M.Naşidin xəstəxanada müalicə olunduğu bildirilib.

Qeyd edək ki, partlayışın nədən qaynaqlandığı barədə informasiya yoxdur. Hüquq-mühafizə orqanları əhaliyə hadisənin baş verdiyi rayondan uzaq olmağı tövsiyə edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Olimpiya tarixində ilk dəfə yarışmaya transgender qadın qatılacaq

SONRAKI XƏBƏR

KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib