İspaniyada helikopter dənizə düşüb

İspaniyada helikopter dənizə düşüb

İspaniyanın cənubunda helikopter dənizə düşüb, bir nəfər yaralanıb, digər şəxsin axtarışları aparılır.

Bu barədə “Report” “ABC” nəşrinə istinadən xəbər verir.

Hadisə La Linea şəhərinin sahilindən yeddi mil kənarda baş verib. Səhər saatlarında Estepona bələdiyyəsi ərazisindən havaya qalxan helikopterin göyərtəsində iki nəfər olub.

Kuba vətəndaşı olan pilot xilas edilərək xəstəxanaya aparılıb.

Mənbə: report.az