150 milyon amerikalı peyvənd olunub

150 milyon amerikalı peyvənd olunub

Amerika Birləşmiş Ştatlarında 150 milyon nəfər koronavirusa qarşı ilk vaksin dozasını qəbul edib. 110 milyon nəfər isə tam olaraq peyvənd olunub.

Bu barədə Ağ Evin Koronavirus Operativ Qərargahının koordinatoru Cefri Zints açıqlama verib.

O, əldə olunan nailiyyəti ölkənin vaksinasiya proqramında növbəti mihəng daşı adlandırıb.

“Virusa qarşı müharibədə kifayət qədər böyük məsafə qət etmişik. Daha çox insanı peyvənd etdikcə virusa yoluxma, xəstəxanaya müraciətlər və ölüm halları da azalır. Vaksinasiya prosesi on minlərlə insanın həyatını xilas edir, insanların yenidən normal həyat standartlarına qayıtmasına şərait yaradır” – deyə Cefri Zints vurğulayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları koronavirusun ən çox yayıldığı və virusdan ən çox ölüm hallarının olduğu ölkədir. Burada 33.3 milyondan çox insanın virusa yoluxduğu müəyyən edilib. Virusdan 594 489 nəfər ölüb.

Mənbə: www.realtv.az