ABŞ-da sürücü maşınını piyadaların üstünə sürdü: Ölən var

ABŞ-ın Hyuston şəhərində sürücü avtomobilinin qəsdən piyadaların üstünə sürüb.

Bu barədə ABC xəbər yayıb.

Hadisə nəticəsində 30 yaşlarına bir qadın həlak olub. Daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Maşının sükanı arxasında təqribən 20 yaşlarında gənc olub. O, piyadaları vurduqdan sonra hadisə yerindən qaçıb, lakin sonra polisə təslim olub.

İlkin məlumatlara görə, hadisədən əvvəl sürücü şəhər kənarı restoranda dava edib. Hazırda saxlanılan şəxslə qurbanlar arasında əlaqə araşdırılır.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tatarıstanda avtomobil yanıb, 4 nəfər ölüb

SONRAKI XƏBƏR

Rusiya və Çin qaydaları pozarsa... - Blinken