Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub

Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınınb.

Belə ki, şəhərin Mehmandarov küçəsi 13 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Məmmədov Elşən Hüseynqulu oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.

Qəza nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az