İrəvanda atışma olub, ölən və yaralı var

İrəvanda atışma olub, ölən və yaralı var

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda atışma olub. Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, silahlı insident nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə gələn polis və müstəntiqlər bir kişi meyiti, qan izləri, habelə çox sayda avtomat və tapança güllələri aşkarlayıb. Daha bir yaralı xəstəxanaya aparılıb.

Atışmanın motivləri hələlik məlum deyil. Polis faktla bağlı cinayət işi başladıb.

Pərvanə Sultanova

Mənbə: azvision.az